Dünya · Azxeber.com

Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var xəbəri üçün şəkil
Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə ballistik raketlə hücum edib. Nəticədə bir nəfər həyatını itirib.
UNIAN-ın məlumatına görə, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko və şəhər hərbi administrasiyası məlumat yayıb.
Bildirilib ki, oktyabrın 30-da axşam saatlarında həyata keçirilən hücum nəticəsində Kiyevin Dnepr rayonunda yaşayış komplekslərindən birinin həyətinə raket qalıqları düşüb və yanğın baş verib.
Digər yaşayış binasında isə partlayış dalğasının təsirindən pəncərələr sınıb.
Kliçkonun sözlərinə görə, raket qalıqları başqa bir yaşayış kompleksinin yaxınlığına da düşüb, mağaza binası dağılıb.
Mer hücum nəticəsində yaranan yanğının artıq lokallaşdırıldığını bildirib.
Kiyev şəhər hərbi administrasiyası isə hücum nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib.   ///apa.az
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑