Dünya · Azxeber.com

Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir xəbəri üçün şəkil
Almaniyanın 30-dək şəhərində oktyabrın 31-də etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
AZXEBER.COM xəbər verir ki, gənclər məktəblərə daha çox maliyyə ayrılması, yaşayış xərclərinin azaldılması, məcburi hərbi xidmətə qarşı çıxılması, iqlimin qorunması və fundamental hüquqların müdafiəsini tələb edirlər.
Son həftələr Fransa, İtaliya və digər Avropa ölkələrində keçirilən etirazların bəzilərinin zorakılıqla nəticələnməsi Almaniyada da təhlükəsizlik narahatlıqlarını artırıb. Bununla belə, Almaniya təhlükəsizlik qurumları indiyədək nümayişlərdə zorakılığa dair konkret çağırışların olmadığını bildirirlər.
Təşkilatçılar aksiyaların dinc xarakter daşıyacağını bəyan edirlər. Bununla yanaşı, hərəkatın təşkilati strukturunun qeyri-müəyyənliyi və müxtəlif radikal qrupların etirazlara qoşulma ehtimalı müzakirə olunur. Almaniyanın ticarət birlikləri isə mümkün blokadalar və mağazalara ziyan vurulması riskindən narahatdır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑