ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bredli Kuper Birləşmiş Ştatlar Prezidenti Donald Trampa İrana mümkün zərbələr üçün seçimlər barədə məruzə təqdim edib.
Gununesi.info xəbər verir ki, görüş cümə axşamı Ağ Evdə baş tutub.
Nəşrin məlumatına görə, müzakirələrdə ABŞ-nin hərbi naziri Pit Heqset və Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak edib.
Qəzet qeyd edir ki, Kuper nadir hallarda Trampa hərbi planlar barədə şəxsən məlumat verir. WSJ-nin qiymətləndirməsinə görə, görüş Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başlatmağı getdikcə daha ciddi şəkildə düşündüyünü göstərə bilər.




