Dünya · Azxeber.com

Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlanılıb xəbəri üçün şəkil
Fransanın Ruan şəhərində keçirilən nümayişdən sonra qeydə alınan zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb.
Ruan prokuroru Sebastyan Qalluanın sözlərinə görə, nümayiş dağıldıqdan sonra şəhərin mərkəzində ifrat sağ və sol qrupların nümayəndələri arasında toqquşmalar baş verib.
Fransanın "Blast” media orqanının X sosial şəbəkəsində paylaşdığı videoda maskalı şəxslərin yerdə uzanan bir kişiyə zərbələr endirdiyi görünür. Kadrlarda təxminən on polis əməkdaşının zərərçəkənə nəzarət etmək üçün qrupun arasından keçdiyi, hücum edənlərin isə millətçi şüarlar səsləndirərək ərazidən uzaqlaşdığı əks olunub.
Sena-Maritim departamentindən sosialist deputat Florans Eruen-Löte və Ruanın sosialist meri Nikola Meyer-Rossinyol şəhərdə ifrat sağçı qruplarla əlaqələndirilən hücumların artmasından narahatlıqlarını bildiriblər.
Onlar Fransanın Baş naziri Sebastyən Lökornüyə müraciət edərək, "Les Normaux” və "L’Action française” də daxil olmaqla, bir sıra ifrat sağçı təşkilatın buraxılmasını tələb ediblər.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑