Dünya · Azxeber.com

Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlanıb xəbəri üçün şəkil
Roma Papası XIV Levin ağciyərindən bədxassəli şişin çıxarılmasından sonra əlavə müalicəyə ehtiyac olmadığı müəyyən edilib.
Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı götürülən toxumaların histoloji və molekulyar-bioloji müayinələri şişin ağciyərin lokal adenokarsinoması olduğunu təsdiqləyib.
"Sonrakı onkoloji müayinələr əlavə müalicəyə ehtiyac olmadığını təsdiqləyib”, – tibbi rəydə qeyd olunub.
71 yaşlı Roma Papası oktyabrın 13-də əməliyyat keçirib və beş gün sonra xəstəxanadan buraxılıb.
XIV Lev bazar günü ənənəvi dini müraciətlə möminlərin qarşısına çıxıb. Çərşənbə günü isə Müqəddəs Pyotr meydanında yağış altında yarıaçıq papamobillə hərəkət etdikdən sonra ümumi audiyensiyanı adi qaydada keçirib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑