Dünya · Azxeber.com

Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib xəbəri üçün şəkil
Qazaxıstan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının mülki infrastrukturuna edilən hücumlarla əlaqədar bu ölkədə olan vətəndaşlarını ehtiyat tədbirlərini gücləndirməyə çağırıb.
Qazaxıstan Xarici İşlər Nazirliyi xəbər verir ki, vətəndaşlara yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, insanların kütləvi toplaşdığı yerlərdən və yüksəkriskli obyektlərdən uzaq durmaq tövsiyə olunur.
Nazirlik, həmçinin zəruri hallar istisna olmaqla, hava limanlarına getməkdən çəkinməyi, uçuşların statusunu əvvəlcədən aviaşirkətlərlə dəqiqləşdirməyi və mümkün olduqda vacib olmayan səfərləri təxirə salmağı məsləhət görür.
Fövqəladə hallar baş verdikdə Qazaxıstan vətəndaşlarına ölkənin Ər-Riyad və Ciddə şəhərlərindəki diplomatik nümayəndəliklərinə müraciət etmək tövsiyə olunub.   ///operativmedia///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑