Dünya · Azxeber.com

Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər xəbəri üçün şəkil
Polşanın Çin və Rumıniyadakı səfirləri Yakub Kumox və Pavel Solox Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqədar vəzifələrini icra etməkdən imtina ediblər.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, diplomatlar qərarlarını "X” sosial şəbəkəsində açıqlayıblar.
Qeyd edək ki, oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Svençkovskinin vəzifədən kənarlaşdırılması və toxunulmazlığının ləğvi üçün müraciət edib.
Məhkəmənin ətrafına əlavə polis qüvvələri cəlb olunub, etirazçılar isə polis səddini yararaq binaya daxil olmağa çalışıblar.
Hadisələrlə əlaqədar Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑