Dünya · Azxeber.com

Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb xəbəri üçün şəkil
Polşanın hüquq-mühafizə orqanlarının əməkdaşları Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqlarının aşkarlanması ilə bağlı araşdırma aparır.
RMF24 xəbər verir ki, bu barədə ölkənin hərbi polisi xəbər verib.
"Hərbi polis Qdansk Prokurorluğunun rəhbərliyi altında çimərlikdə naməlum uçuş aparatının qalıqları ilə bağlı araşdırma aparır. İstintaq davam etdikcə sizi məlumatlandıracağıq", - açıqlamada deyilir.
Radiostansiyanın məlumatına görə, qalıqları yoldan keçən şəxs aşkarlayıb və polisə müraciət edib. Sonra minaaxtaranlar, hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları araşdırmaya cəlb olunublar.
İlkin məlumata görə, aşkarlanan aparat Polşa Silahlı Qüvvələrinə məxsus ola bilər.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑