Dünya · Azxeber.com

Novak: ABŞ-la dizel razılaşması Rusiyada neft hasilatını artıracaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Novak: ABŞ-la dizel razılaşması Rusiyada neft hasilatını artıracaq xəbəri üçün şəkil
ABŞ-ın Rusiyadan dizel yanacağının ixracına tətbiq etdiyi məhdudiyyətləri yumşaltması Rusiya iqtisadiyyatına müsbət təsir göstərəcək.
"İnterfax" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Şübhəsiz ki, bu, iqtisadiyyatımız üçün müsbət siqnaldır və ümumilikdə neft emalı zavodlarında emal həcmlərinin, hasilatın artırılması ilə bağlıdır. Bu, büdcəyə əlavə vergi daxilolmaları, büdcənin formalaşdırılması, sosial sahəyə xərclərin ayrılması, o cümlədən investisiya imkanları deməkdir. Neft-qaz sənayemiz üçün isə hasilat və emal həcmlərinin artırılmasına dair müəyyən proqramın yerinə yetirilməsi baxımından əhəmiyyətlidir”, - Baş nazirin müavini qeyd edib.
Onun sözlərinə görə, razılaşmalara uyğun olaraq, tədarüklər dünya bazarlarına, o cümlədən Amerika Birləşmiş Ştatlarına həyata keçiriləcək.
Aleksandr Novak xatırladıb ki, ilin sonunadək Rusiya tədarük həcmini 3-3,5 milyon tona çatdıra bilər: "Bu, Rusiyanın dünya bazarlarına tədarük etdiyi əvvəlki həcmdir. Söhbət dünya bazarının 10%-dən çoxundan gedir”.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑