Dünya · Azxeber.com

Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb xəbəri üçün şəkil
Mərkəzi Afrika Respublikasının silahlı qüvvələri və rusiyalı hərbi mütəxəssislər ölkənin şimal-şərqində radikal qruplaşmalar koalisiyasının hücum planını pozublar.
Bu barədə Beynəlxalq Təhlükəsizlik üzrə Zabitlər Birliyindən (SOMB) məlumat verilib.
Bildirilib ki, kəşfiyyat məlumatlarına əsasən, ölkənin şimal-şərqində vəziyyət gərgin olaraq qalır, lakin nəzarət altındadır.
Birliyin məlumatına görə, Çad və Sudanla sərhədyanı ərazilərdə iki ay ərzində gizli şəkildə müdaxiləyə hazırlıq aparılıb. Radikal qruplaşmalardan ibarət koalisiya Vakaga və Baminqi-Banqoran prefekturalarına hücum etməyi planlaşdırıb.
Hücum qruplarının ümumi sayının 1300 nəfərə çatdığı bildirilir. Əməliyyatın 2026-cı ilin oktyabr ayının ikinci yarısında həyata keçirilməsi nəzərdə tutulub. Qruplaşmaların arxa bazası Çad, Sudan və Mərkəzi Afrika Respublikasının sərhədlərinin kəsişdiyi ərazidə yerləşib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑