"Bavariya"nın və İngiltərə milli komandasının futbolçusu Harri Keyn ilin ən yaxşı hücumçusu mükafatına layiq görülüb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Londondakı "Palladium" teatrında keçirilən "Qızıl Top" ("Ballon d'Or") tədbiri çərçivəsində baş tutub.
2025/2026 mövsümündə Keyn "Bavariya" ilə birlikdə Almaniya Superkubokunu, ölkə Kubokunu və Bundesliqa çempionluğunu qazanıb. İngiltərə millisinin heyətində isə o, 2026-cı il dünya çempionatının bürünc medalına yiyələnib.
Hücumçu 2025-ci ilin avqustundan 2026-cı ilin iyuluna qədər olan dövrdə "Bavariya" və İngiltərə yığmasının heyətində çıxış etdiyi 65 matçda 73 qol vurub.


