İdman · Apasport.az

“Qalatasaray”a uduzdular, Kartal çempionluqdan danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qalatasaray”a uduzdular, Kartal çempionluqdan danışdı xəbəri üçün şəkil

“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal “Qalatasaray”la derbidən sonra komandasının çıxışını dəyərləndirib.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis uğursuz nəticəyə görə azarkeşlərdən üzr istəyib.

“Azarkeşlərimizin qarşısında günahımızı yumaq istəyirik. Mövsümün başa çatmasına hələ çox vaxt var. Qarşıda bizi çoxlu oyun gözləyir. Unutmaq olmaz ki, bu derbilər mövsümün ikinci yarısında da keçiriləcək. Derbidə qalib gəlmədən də çempion olmaq mümkündür. Əvvəllər belə hallar yaşanıb. Bu mövsüm biz də çempion ola bilərik”.

Kartal “Qalatasaray”la xal fərqinin aradan qaldırılmasının mümkün olduğunu vurğulayıb:

“Çox məyusuq. Azarkeşlərimizdən üzr istəyirik. Nəticədə “Qalatasaray”la aramızda 6 xal fərq var. Üçxallıq sistemdə bu, aradan qaldırılması mümkün olmayan fərq deyil. Pis oynadıq. Bu barədə çox danışmağa da ehtiyac yoxdur”.

Qeyd edək ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑