İdman · Apasport.az

Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb” xəbəri üçün şəkil

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbaxça” üzərində qazanılan qələbədən sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis əzəli rəqiblərinə qarşı uğurlu çıxışlarının səbəblərindən danışıb.

“Dörd mövsümü geridə qoymuşam, indi beşinci mövsümümdür. Həmişə “Fənərbaxça” ilə çempionluq uğrunda mübarizə aparmışıq. Birbaşa rəqibimiz olduqları üçün onlara qarşı daim qələbə planları hazırlamışıq. Bu planlarımız həmişə işə yarayıb.

Əlbəttə, özümüzəinam da var. Psixoloji baxımdan belə oyunlara daha üstün vəziyyətdə çıxırsan. Eyni komandaya qarşı çox qalib gəldikcə özünəinamın da artır.

İstər evdə, istərsə də səfərdə həmişə qələbə üçün oynamışıq. Bəlkə də yalnız bir oyunu istisna edə bilərəm. İki il əvvəl Vinçiçin idarə etdiyi, öz meydanımızda keçirilən qarşılaşmanı nəzərdə tuturam. Həmin matçda böyük üstünlük qura bilməmişdik və heç-heçəyə məyus olmamışdım.

Bundan başqa, bütün oyunlarda qələbə üçün meydana çıxmışıq. Məhz buna görə də bu nəticələri əldə etmişik”.

Qeyd edək ki, Türkiyə Super Liqasının IX turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑