Dünya · Azxeber.com

Liviyanın Baş naziri etiraz etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Liviyanın Baş naziri etiraz etdi xəbəri üçün şəkil
Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybə ABŞ Prezidenti Donald Trampın ölkəsi barədə səsləndirdiyi fikirlərə etiraz edib.
Bu barədə Liviyanın LANA dövlət xəbər agentliyi məlumat yayıb.
Dbeybə bildirib ki, Liviya suveren dövlətdir və ölkəsinə, eləcə də terrorizmlə mübarizədə böyük itkilər vermiş xalqına qarşı təhqirləri qəbul etmir.
"ABŞ ilə münasibətlərimizi qarşılıqlı hörmət əsasında davam etdirmək istəyirik. Liviyanın və xalqının ləyaqətinin seçki mübahisələrinin mövzusuna çevrilməsini qəbul etmirik”, – Baş nazir qeyd edib.
Bundan əvvəl Tramp Corciya ştatında keçirilən seçki mitinqində Liviya, Yəmən, Somali və Haiti barədə təhqiramiz ifadələr işlədib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑