Dünya · Azxeber.com

Latviya Ermənistandan göndərilən yaşıl çayı Avropaya buraxmadı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Latviya Ermənistandan göndərilən yaşıl çayı Avropaya buraxmadı xəbəri üçün şəkil
Latviya Qida və Baytarlıq Xidməti (FVS) Ermənistandan gətirilən 57,6 kq yaşıl çay partiyasında Aİ-də qadağan olunmuş pestisid aşkar edildiyini bildirib.
Laboratoriya testləri həmçinin iki digər pestisidlərin icazə verilən səviyyələrini aşdığını aşkar edib.
8810 nömrəli partiyada Aİ-də istifadəsinə icazə verilməyən tolfenpirad olduğu bildirilib.
Bundan əlavə, lambda-sihalotrin və tiametoksam səviyyələrinin icazə verilən maksimum səviyyələri aşdığı qeyd edilib.
Yoxlamadan sonra göndərilən məhsulun Aİ-yə daxil olmasına icazə verilməyib. Agentlik bildirib ki, bu partiyanın paylanması qadağandır: məhsullar məhv edilməli və ya Aİ xaricindəki bir ölkəyə göndərilməlidir.   ///unikal///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑