"Flydubai" aviaşirkətinin kapitanı Smit Maççar ikinci pilotun ona bir neçə dəfə balta ilə zərbə endirdiyini və təyyarəni Ərəbistan səhrasına doğru yönəltdiyini bildirib.
Kapitan xəstəxanada müalicə aldığı palatada "The National" qəzetinə müsahibəsində hadisənin təfərrüatını danışıb. Təyyarə Dubaydan Tel-Əvivə uçurmuş. Maççarın sözlərinə görə, ikinci pilot iki saat ərzində onun yanında oturub. Qəfildən ona zərbələr endirməyə başlayıb. Bu zaman təyyarə bir dəqiqədən az müddətdə 17 000 fut (təxminən 5 180 metr) hündürlük itirib.
"Mən bacardığım qədər zərbələrin qarşısını almağa çalışırdım. Kömək üçün qışqıraraq həmkarlarımı çağırırdım. Üzüstə yıxılmışdım", - deyə Maççar bildirib.
Kapitanın sözlərinə görə, əvvəlcə başına dəyən ilk zərbənin avadanlığın bir hissəsinin düşməsi nəticəsində baş verdiyini düşünüb. Lakin ardınca ona yenidən zərbələr endirilib.
"Mənə ilk zərbə dəyəndə təyyarənin konstruksiyasında nəsə baş verdiyini və hansısa detalın başıma düşdüyünü düşündüm. Az qala idarəetmə sükanının üstünə yıxılacaqdım. Bir neçə saniyə sonra zərbələr davam edəndə məni başqa bir insanın - komanda yoldaşım hesab etdiyim şəxsin vurduğunu anladım", - deyə o danışıb. ///oxu.az///





