Dünya · Azxeber.com

Kiyevdə hərbi komissarlıqda atışma: yaralananlar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevdə hərbi komissarlıqda atışma: yaralananlar var xəbəri üçün şəkil
Ukraynanın paytaxtı Kiyevin Peçorsk rayonunda ərazi komplektləşdirmə və sosial dəstək mərkəzinin (hərbi komissarlıq) binasında baş verən atışma nəticəsində üç polis əməkdaşı və üç hərbçi yaralanıb.
Bu barədə Ukrayna Milli Polisi "Telegram" kanalında məlumat yayıb.
İlkin məlumata görə, atəşi səfərbərlik qanunvericiliyini pozduğuna görə mərkəzə gətirilən şəxs açıb.
"Üç polis əməkdaşı və üç hərbçi yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, onlara lazımi tibbi yardım göstərilir", - deyə məlumatda bildirilib.
Atəş açan şəxs saxlanılıb. Hadisə yerində polis idarələrinin istintaq-əməliyyat qrupları işləyir. Hadisənin təfərrüatı araşdırılır.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑