Dünya · Azxeber.com

Keniyada Ebola virusuna yoluxanların sayı artdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Keniyada Ebola virusuna yoluxanların sayı artdı xəbəri üçün şəkil
Keniyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı yeddiyə çatıb, bir nəfər ölüb.
Bu barədə "Reuters" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb .
Son 24 saatda ölkədı dörd yeni yoluxma halı aşkarlanıb, o cümlədən ilk Ebola xəstəsini müalicə edən üç səhiyyə işçisi də xəstəliyə yoluxub.
Səhiyyə Nazirliyi ilkin yoluxma halı ilə təmasda olan 130 nəfərdən 128-nin müəyyən edildiyini və karantinə alındığını bildirib. Hakimiyyət orqanları səyahət, ticarət və ya ictimai tədbirlərə heç bir məhdudiyyət qoymayıb.
Keniyada ilk Ebola virusuna yoluxma halı 5 oktyabrda Konqo Demokratik Respublikasından (KDR) Uqanda vasitəsilə gələn Keniya vətəndaşında aşkar edilib. Kişi sonradan vəfat edib. KDR-də hazırda təsdiqlənmiş peyvənd olmayan Bundibugyo virusunun yaratdığı Ebola epidemiyası davam edir.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑