ABŞ Prezidenti Donald Tramp “Tesla” şirkətinin rəhbəri İlon Maskın uçmaq qabiliyyətinə malik yeni “Roadster” modelini təqdim etməsinə münasibət bildirib.
Globalinfo.az RBK-ya istinadən xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı yeni avtomobil barədə danışıb.
ABŞ lideri bildirib ki, onun bu avtomobildən istifadə edib-etməyəcəyi bəlli deyil, lakin yeni modeli heyrətamiz hesab edir.
Tramp İlon Maska bu yaxınlarda ABŞ-nin ən yüksək elmi mükafatı hesab edilən Milli Elm Medalını təqdim etdiyini də xatırladıb. O, ABŞ-də əvvəllər heç kimin mümkün hesab etmədiyi işlərin həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 16-da yeni “Tesla Roadster” modelinin təqdimatı keçirilib.




