Dünya · Azxeber.com

İsrail Qəzzaya yenidən zərbələr endirdi, ölənlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail Qəzzaya yenidən zərbələr endirdi, ölənlər var xəbəri üçün şəkil
İsrail ordusunun Qəzza zolağına endirdiyi növbəti hava zərbələri nəticəsində azı 7 nəfər həyatını itirib.
Bu barədə Associated Press agentliyi Fələstinin tibb müəssisələrinin məlumatlarına istinadən xəbər yayıb.
Bildirilib ki, hücumlar nəticəsində daha 8 nəfər yaralanıb.
Məlumata əsasən, Qəzza şəhərində həyata keçirilən iki hücumda 4 nəfər, Xan Yunisdə 2 nəfər, Deyr əl-Bələh şəhərində isə 1 nəfər ölüb.
İsrail ordusu həmin zərbələrlə bağlı dərhal rəsmi açıqlama verməyib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında atəşkəs razılaşmasının qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar davam edir.
Bölgənin Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs dövründə ölən fələstinlilərin sayı 1500 nəfəri ötüb.   ///modern///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑