İdman · Azxeber.com

İspaniya futbolunda daha bir dəhşət

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniya futbolunda daha bir dəhşət xəbəri üçün şəkil
İspaniya La Liqa 2-də qapıçı Ovono tərəfindən başından zərbə alan Xesus de Migelin faciəvi ölümündən qısa müddət sonra eyni liqada oxşar qorxulu insident yaşanıb.
"Albacete” klubunun futbolçusu Xose Korpas oyun epizodlarının birində rəqibi Kvadri Liamidin başına sərt təpik zərbəsi endirib.
Meydanda huşunu itirən Liamid dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya qaldırılıb. Xose Korpas qeyri-insani hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Xəstəxanaya yerləşdirilən Kvadri Liamidin sağlamlıq vəziyyəti ilə bağlı hələlik rəsmi və dəqiq məlumat verilməyib.
///qafqazinfo
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑