Dünya · Azxeber.com

İran rəqibin 'bütün gözləntilərini üstələyəcək' hərbi plan hazırladığını açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran rəqibin 'bütün gözləntilərini üstələyəcək' hərbi plan hazırladığını açıqlayıb xəbəri üçün şəkil
İran mümkün hərbi hücumlara cavab vermək üçün kompleks plan hazırlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə İranın təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli nümayəndəsi "Əl-Məyadin" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın cavab tədbirlərinin miqyası və intensivliyi "rəqibin bütün gözləntilərini üstələyəcək və onun üçün gözlənilməz olacaq".
Telekanalın həmsöhbəti həmçinin xəbərdarlıq edib ki, "terror aktları" törədiləcəyi təqdirdə İranın hədəflərinin siyahısı genişləndiriləcək. Bu siyahıya rəqiblərin, eləcə də onların regiondakı müttəfiqlərinin mərkəzləri, obyektləri və qərargahları daxil ediləcək.
Qeyd edək ki, bundan əvvəl "Axios" portalı diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə ABŞ və İsrailin noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra İrana qarşı yeni hərbi əməliyyat planı hazırladığını yazıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑