Dünya · Azxeber.com

İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı xəbəri üçün şəkil
İran ordusunun quru qoşunlarının 50-dən çox dövlət qüvvəsi və təminat birliyi ölkə sərhədlərində yerləşdirilmiş vəziyyətdə qalmaqdadır.
"Fars" agentliyi xəbər verir ki, bu barədə quru qoşunlarının komandanı general Əli Cahanşahi məlumat verib.
General bildirib ki, qoşunların şimal-qərb, qərb, cənub-qərb, şərq və cənub-şərq sərhədlərinə yığılması fevralın sonunda ABŞ və İsrailin başlatdığı müharibə dövründə aktivləşib və hərbi bölmələr hələ də öz mövqelərini qoruyur.
Sərhəddə mobil briqadalar, çevik reaksiya qüvvələri, zirehli tank, artilleriya, raket və PUA bölmələri yerləşdirilib. Şəxsi heyətin və hərbi texnikanın daşınması düşmən təyyarələri və pilotsuz uçuş aparatlarının təhlükəsi altında, gecə saatlarında həyata keçirilib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyunda atəşkəs memorandumu imzalansa da, iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın pozulduğunu iddia edərək zərbələri bərpa edib. Vaşinqton sanksiyalar vasitəsilə iqtisadi təzyiqlərə üstünlük versə də, oktyabrın 10-da ABŞ lideri İslam Respublikasına qarşı yeni hərbi zərbələrin yenidən istisna edilmədiyini bəyan edib.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑