2026.10.10 - 19:26
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Frans Press” nəşri isə qeyd edir ki, hazırda sərnişinlər və işçilər hava limanından təxliyə olunur. Partlayışa husilərin hücumunun səbəb olduğu bildirilir.
***
Ər-Riyaddakı beynəlxalq hava limanı bütün uçuşları müvəqqəti olaraq dayandırıb.
***
Ər-Riyada uçan təyyarələr müvəqqəti olaraq Səudiyyə Ərəbistanının Mədinə və Ciddə şəhərlərindəki beynəlxalq hava limanlarına yönləndirilir.
Bu barədə TASS-a hava nəqliyyatının idarə olunmasındakı mənbə bildirib.
***
Hava limanına raket zərbəsi nəticəsində təxminən 12 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, onlardan bəzilərinin vəziyyəti ağırdır. Digər tərəfdən, Ər-Riyadın ən böyük xəstəxanaları fövqəladə vəziyyət elan edib.
Nəşr qeyd edir ki, raket terminallardan birinə dəydikdən sonra hava limanı rəhbərliyi tibbi təxliyə həyata keçirib.





