Dünya · Azxeber.com

İranın yeni müdafiə naziri seçildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranın yeni müdafiə naziri seçildi xəbəri üçün şəkil
İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
İranın "Tasnim” agentliyi xəbər verir ki, parlamentdə keçirilən etimad səsverməsində 237 deputat onun namizədliyini dəstəkləyib.
Beləliklə, Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub.
Qeyd edək ki, onun namizədliyini parlamentə Prezident Məsud Pezeşkian təqdim edib.
Əxlaqi Kitabçi bundan əvvəl İranın müdafiə sənayesi və aerokosmik sahəsində rəhbər vəzifələrdə çalışıb.
İranın əvvəlki müdafiə naziri Əziz Nəsirzadə fevral ayında ABŞ və İsrailin zərbələri nəticəsində həyatını itirib. Bundan sonra nazir vəzifəsini müvəqqəti olaraq Məcid ibn əl-Rza icra edib.   //apa
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑