Salvador hakimiyyəti Haitidə silahlı qruplaşmalara qarşı əməliyyatlar fonunda ölkəyə təxminən 1000 hərbçi göndərib.
Bu barədə Reuters agentliyinə Haitidəki təhlükəsizlik rəsmilərindən biri məlumat verib.
Hərbçilərin yerləşdirilməsi BMT-nin dəstəklədiyi missiyanın dörd salvadorlu əməkdaşının itkin düşməsindən sonra həyata keçirilib.
Salvador Prezidenti Nayib Bukele onların tapılması üçün xüsusi əməliyyatın başladıldığını açıqlamışdı.
Haitidə silahlı qruplaşmalar paytaxt Port-o-Prensin və ətraf ərazilərin böyük hissəsinə nəzarət edir. Davam edən zorakılıqlar nəticəsində təxminən 1,5 milyon insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
Yeni göndərilən hərbçilərin hansı komandanlığa tabe olacağı və ölkədə nə qədər qalacağı hələlik məlum deyil. ///modern.az///




