Dünya · Azxeber.com

FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək xəbəri üçün şəkil
Ukrayna Rusiyanın enerji obyektlərinə uzaqmənzilli pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə davam etmək niyyətindədir.
Bu barədə "Financial Times” qəzetinin jurnalisti Kristofer Miller Ukrayna rəsmisinə istinadən "X” sosial şəbəkəsində məlumat yayıb.
"Biz onların neft emalı zavodlarını yandıracağıq”, – ukraynalı rəsmi jurnalistə bildirib.
Miller qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Rusiya dizel yanacağının digər ölkələrə tədarükü ilə bağlı razılıq əldə olunduğunu açıqlamasından sonra Kiyevdə ciddi narazılıq yaranıb.
Jurnalistin sözlərinə görə, Ukrayna rəhbərliyində Vaşinqtonun bu qərarı məyusluq və qəzəblə qarşılanıb.
///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑