Dünya · Azxeber.com

Fransada etiraz aksiyaları zamanı 1314 nəfər saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etiraz aksiyaları zamanı 1314 nəfər saxlanılıb xəbəri üçün şəkil
Fransada oktyabrın 24-də keçirilən etiraz aksiyaları nəticəsində 1 314 nəfər saxlanılıb. Aksiyalarda ümumilikdə 410 min nəfər iştirak edib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, oktyabrın 25-i saat 07:30-a olan məlumata əsasən, ölkə üzrə 1 314 nəfər saxlanılıb. Ötən şənbə günü bu göstərici 2 628 nəfər olub.
Gün ərzində Fransada 289 küçə aksiyası keçirilib. Onların 110 min iştirakçısı Parisdə olub. Bir həftə əvvəl isə ölkə üzrə 441 aksiya təşkil edilib və ümumilikdə 550 min nəfər iştirak edib.
Etirazlar zamanı hüquq-mühafizə orqanlarının 53 əməkdaşı xəsarət alıb. Ötən həftə bu rəqəm 1 144 nəfər təşkil edib. Təcili xidmətlər yanğınlarla bağlı 75 dəfə çağırışa gedib. Müqayisə üçün, oktyabrın 17-də bu cür çağırışların sayı 2 025 olub.
Bir neçə mağazaya ziyan dəyib, onlardan 24-ü talan edilib. Ötən şənbə günü isə zərər görən ticarət obyektlərinin sayı 1 522 olub.
Daxili İşlər Nazirliyi açıqlanan rəqəmlərin ilkin olduğunu bildirib. Qurumun məlumatına görə, radikal etirazçıların zorakılıq səviyyəsi əvvəlki həftə ilə müqayisə edilə biləcək həddə olsa da, zorakılıq cəhdlərinin əksəriyyətinin qarşısı alınıb.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑