Fransada qiymət artımına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən etiraz aksiyalarına 550 min nəfər qatılıb.
Bunu ölkənin daxili işlər naziri Loran Nünez bildirib.
Onun sözlərinə görə, ölkə üzrə ümumilikdə 110 etiraz aksiyası keçirilib. Etirazlarda 550 min nəfər iştirak edib, onlardan 110 mini Parisdə toplaşıb.
Nazir qeyd edib ki, etiraz aksiyalarının yalnız bir hissəsi həmkarlar ittifaqları tərəfindən hakimiyyət orqanları ilə rəsmi şəkildə razılaşdırılıb. ///report///




