Fars körfəzində hərəkət edən tanker iki naməlum mərmi ilə vurulub.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hadisə Səudiyyə Ərəbistanının Ras əl-Xəfci şəhərindən 72 dəniz mili şərqdə baş verib. Cənub-şərq istiqamətində hərəkət edən tanker iki mərminin zərbəsinə məruz qalıb.
Gəminin bütün heyət üzvlərinin təhlükəsiz olduğu, ətraf mühitə zərər dəyməsi barədə məlumatın daxil olmadığı qeyd edilib.





