Dünya · Trend.az

ABŞ Rusiya təbii qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Rusiya təbii qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Ukrayna ərazisindən keçən boru kəmərləri vasitəsilə Rusiya təbii qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadla yazıb.

Nəşrin məlumatına görə, bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner tərəfindən irəli sürülüb. Təklifə əsasən, Rusiya qazının Avropaya satışı amerikalı vasitəçi şirkət üzərindən həyata keçirilə bilər.

Mənbələr bildiriblər ki, Vaşinqton Avropanın enerji xərclərini azaltmaq məqsədilə bu təklifi müzakirəyə çıxarıb. ABŞ tərəfi, həmçinin “Şimal axını” boru kəmərləri vasitəsilə qaz nəqlinin bərpası imkanlarını nəzərdən keçirir.

Nəşrin yazdığına görə, Vaşinqton bu təşəbbüsün Ukrayna böhranının nizamlanmasına və Rusiya ilə Avropa ölkələri arasında münasibətlərin yaxşılaşmasına töhfə verə biləcəyini düşünür.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑