Dünya · Konkret.az

Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirdi | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirdi | KONKRET xəbəri üçün şəkil

Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib.

KONKRET.az report-a istinadla xəbər verir ki, “Azini” adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındakı ərazidə ələ keçirilib.

Puntlend muxtar regionunun dəniz polisindəki mənbənin məlumatına görə, gəmidə 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda 12 quldur iştirak edib. Ekipaj üzvlərinin hazırkı vəziyyəti barədə hələlik məlumat yoxdur.

MSCIO xəbərdarlıq edib ki, ələ keçirilən gəmidən ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər.

Avropa İttifaqının “Atalanta” hərbi-dəniz əməliyyatı insidentlə bağlı araşdırmaya başlayıb. Əməliyyatın rəhbərliyi bölgədəki gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑