Dünya · Azxeber.com

Bu şəhərdə qızıldan piyada yolu salınacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu şəhərdə qızıldan piyada yolu salınacaq xəbəri üçün şəkil
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rayonun kommersiya sektorunun böyük direktoru Rəşid Əl-Harmudi bildirib.
Qızıl yolun 2026-cı ilin sonunadək inşasının başa çatdırılması nəzərdə tutulub. Əl-Harmudinin sözlərinə görə, bu unikal layihə Dubayın qlobal turizm məkanı və dünya qızıl ticarətinin mərkəzi kimi mövqelərini daha da möhkəmləndirmək məqsədi daşıyır.
Qızıl piyada yolunun salınması ilə yanaşı, həmin rayonda Yaxın Şərqdə qızıl və zərgərlik məmulatlarının ticarətinə həsr olunmuş ən böyük sərgilərdən birinin də keçirilməsi planlaşdırılır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑