Dünya · Azxeber.com

Bolqarıstanda prezident seçkiləri ərəfəsində sükut günü başlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolqarıstanda prezident seçkiləri ərəfəsində sükut günü başlayıb xəbəri üçün şəkil
Bolqarıstanda oktyabrın 25-də keçiriləcək prezident seçkiləri ərəfəsində oktyabrın 24-ü gecə yarısından etibarən seçkiqabağı təşviqata qadağa qüvvəyə minib.
"Darik.bg" saytı xəbər verir ki, seçkiqabağı kampaniya oktyabrın 23-ü gecə yarısı başa çatıb.
Şənbə günü sükut günü elan edilib və bu müddət ərzində hər hansı təşviqat qadağandır.
Sosioloji sorğuların nəticələrinə görə, namizədlərdən heç birinin birinci turda qələbə qazana bilməyəcəyi ehtimal olunur.
Prezidentlik yarışının lideri hakim "Mütərəqqi Bolqarıstan" Partiyasının və Bolqarıstan Sosialist Partiyasının dəstəklədiyi hazırkı prezident İliyana Yotova hesab olunur. Müxtəlif qiymətləndirmələrə görə, seçicilərin 42 %-dən 50 %-ə qədəri ona səs verməyə hazırdır.
Onun əsas rəqibi müxalifətin dəstəyindən istifadə edən texniki hökumətin keçmiş rəhbəri Andrey Qyurovdur. Onun reytinqi 25-29 % qiymətləndirilir.
"Dirçəliş" Partiyasının lideri Kostadin Kostadinovu rəyi soruşulanların təxminən 10-12 %-i dəstəkləyir. Bununla belə, bəzi ekspertlər onun nəticəsinin proqnozlaşdırılandan daha yüksək ola biləcəyini istisna etmirlər.
Prezidentin birinci turda seçilməsi üçün qeydiyyata alınmış seçicilərin yarısından çoxunun səsvermədə iştirak etməsi, namizədlərdən birinin isə etibarlı səslərin 50 %-dən çoxunu toplaması lazımdır.
Ümumilikdə Bolqarıstan Prezidenti postuna 27 prezident və vitse-prezident namizədləri cütlüyü iddia edir. Əgər birinci turda qalib müəyyənləşməsə, təkrar səsvermə noyabrın 1-də keçiriləcək.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑