Dünya · Azxeber.com

Bir hörümçəyə görə 2 milyardlıq villanı külə döndərdi - Turistin inanılmaz hərəkəti

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bir hörümçəyə görə 2 milyardlıq villanı külə döndərdi - Turistin inanılmaz hərəkəti xəbəri üçün şəkil
İndoneziyanın məşhur Bali adasında turistin hörümçəkdən qurtulmaq cəhdi böyük yanğınla nəticələnib. Adi bir hörümçəyi qorxutmaq istəyən şəxs təsadüfən qaldığı villanı tamamilə yandırıb.
Hadisə Balinin Badunq bölgəsində baş verib.
Nepaldan olan 45 yaşlı Qaorap Ranu villanın hamam otağında hörümçək görüb. O, hörümçəyi uzaqlaşdırmaq üçün bir vərəq kağızı yandıraraq alovla qorxutmağa çalışıb.
Bundan sonra turist başqa otağa keçib. Lakin onun yandırdığı kağız gözlənilməz fəlakətə səbəb olub.
Polisin ilkin versiyasına görə, külək yanan kağızı havaya qaldıraraq villanın taxta materiallardan hazırlanmış damına aparıb. Alov qısa müddətdə dam örtüyünə keçərək bütün binanı bürüyüb.
Yanğın o qədər sürətlə yayılıb ki, villanı xilas etmək mümkün olmayıb. Bina tamamilə yanaraq külə dönüb.
Turist vaxtında villadan çıxmağa müvəffəq olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Alovun qonşu evlərə keçməsinin də qarşısı alınıb.
İlkin hesablamalara əsasən, yanğının vurduğu maddi ziyan təxminən 2 milyard İndoneziya rupisi qiymətləndirilir.   ///musavat.com///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑