Dünya · Azxeber.com

BƏƏ körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BƏƏ körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb xəbəri üçün şəkil
"Kollektiv təhlükəsizlik sistemi Bəsrə körfəzi ölkələri üçün prioritetə ​​çevrilməlidir”.
Bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş Yəmənin qiyamçı "Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanına hücumlarına cavab olaraq deyib.
"Körfəz ölkələri arasında təhlükəsizlik və müdafiə sahələrində birgə fəaliyyətlərin və kollektiv təhlükəsizlik sisteminin gücləndirilməsinə təcili ehtiyac var. Məhz bu sahədə ciddi fəaliyyət çatışmazlığı müşahidə olunur, bu da başqalarını bizə müdaxilə etməyə təşviq edir”, - o bildirib.
Qarqaşın sözlərinə görə, husilər tərəfindən Səudiyyə Ərəbistanına edilən hücumlar BƏƏ və bütün körfəz ölkələrinin təhlükəsizliyini sarsıdır:
"Bəsrə körfəzi dövlətlərinə qarşı təcavüz başlayan andan etibarən bəlli oldu ki, hamımız hədəfik və təhlükəsizliyimiz bölünməzdir. Səudiyyə Ərəbistanı Krallığına qarşı zərbələr BƏƏ-nin və bütün körfəz dövlətlərinin təhlükəsizliyini sarsıdır”.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑