Dünya · Azxeber.com

Avropada pomidor həyəcanı: 800-dən çox yoluxma qeydə alınıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropada pomidor həyəcanı: 800-dən çox yoluxma qeydə alınıb xəbəri üçün şəkil
Avropada çerri pomidorlarla əlaqələndirilən salmonella epidemiyası nəticəsində 2023-cü ildən 2026-cı ilin sentyabrınadək 800-dən çox yoluxma aşkarlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Siciliya bölgəsində yetişdirilən pomidorlarla əlaqələndirilən epidemiya səbəbindən Emiliya-Romanya bölgəsində məktəb, xəstəxana və qocalar evlərində çerri pomidorların çiy halda təqdim edilməsi qadağan olunub.
Araşdırmalar zamanı pomidor istehsalçısına məxsus quyunun suyunda da salmonella bakteriyası aşkarlanıb. Mütəxəssislər xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslərin risk altında olduğunu bildirirlər.   Gülay
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑