"Real Madrid"in və Türkiyə millisinin futbolçusu Arda Gülər növbəti dəfə azarkeşlərlə münasibəti ilə diqqət mərkəzinə düşüb.
Gənc ulduz kafedən çıxarkən onu gözləyən pərəstişkarlarının istəyini geri çevirməyib. Arda yaxınlaşan azarkeşlərə avtoqraf verib, onlarla söhbət edərək xatirə fotoları çəkdirib.
Futbolçunun fanatlarına qarşı mehriban və təvazökar davranışı ətrafdakıların marağına səbəb olub. Onun bu səmimi münasibəti azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.
///milli.az
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Çempionlar Liqasının IV turunda keçirilən “Vikinq” (Norveç) – “Sabah” oyununun ən yaxşı futbolçusu məlum olub. Futbolress.az xəbər verir ki, mükafatı Stavanger təmsilçisinin hücumçusu Erik Botheym qazanıb. O, 4:1 hesabıyla bitən matçda dubl edib. “Sabah” turnirdə 3 xalla 33-cü, “Vikinq” isə 4 xalla 22-cidir.
“Sabah” UEFA Çempionlar Liqasının IV turunda “Vikinq”ə uduzdu. Norveçdə baş tutan qarşılaşma skandinavların 4:1 hesablı qələbəsiylə başa çatıb. Start heyətdə hücumda komandanın əsas “silahı” Coy-Lens Mikelsin əvəzinə Patrik Mbina ilə başlayan baş məşqçi Valdas Dambrauskas bu dəyişikliklə rəqibi təəccübləndirməyi bacardı. “Vikinq” müdafiəsində hərəkətlilik yaradan forvard etimadı doğrultdu və Norveçdə ilk qolu vurdu. Qoldan sonra da […]