İspaniya La Liqa 2-də qapıçı Ovono tərəfindən başından zərbə alan Xesus de Migelin faciəvi ölümündən qısa müddət sonra eyni liqada oxşar qorxulu insident yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, “Albacete” klubunun futbolçusu Xose Korpas oyun epizodlarının birində rəqibi Kvadri Liamidin başına sərt təpik zərbəsi endirib.
Meydanda huşunu itirən Liamid dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya qaldırılıb. Xose Korpas qeyri-insani hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Xəstəxanaya yerləşdirilən Kvadri Liamidin sağlamlıq vəziyyəti ilə bağlı hələlik rəsmi və dəqiq məlumat verilməyib.

