İdman · Təzadlar

"Sabah" “Vikinq”ə uduzdu - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Sabah" “Vikinq”ə uduzdu - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Tezadlar.az xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin IV turunda Norveçdə “Vikinq”in qonağı olub.

Stavanger şəhərində keçirilən görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv əvvəlki görüşlərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4, Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:2 hesabı ilə uduzub.

“Sabah” Çexiyanın “Slaviya” komandasını isə 2:0 hesabı ilə məğlub edib.

Bakı klubu Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də Bakıda İspaniya nəhəngi “Barselona”ya qarşı keçirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑