İdman · Futbolpress.az

Norveçdə “soyuq duş”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Norveçdə “soyuq duş” xəbəri üçün şəkil

“Sabah” UEFA Çempionlar Liqasının IV turunda “Vikinq”ə uduzdu. Norveçdə baş tutan qarşılaşma skandinavların 4:1 hesablı qələbəsiylə başa çatıb.

Start heyətdə hücumda komandanın əsas “silahı” Coy-Lens Mikelsin əvəzinə Patrik Mbina ilə başlayan baş məşqçi Valdas Dambrauskas bu dəyişikliklə rəqibi təəccübləndirməyi bacardı. “Vikinq” müdafiəsində hərəkətlilik yaradan forvard etimadı doğrultdu və Norveçdə ilk qolu vurdu.

Qoldan sonra da təzyiqini davam etdirən “Sabah” öndə pressinq tətbiq etməklə, rəqibini sıxmağa çalışdı. Lakin 33-cü dəqiqədən sonra Velko Simiçin zədələnməsi planları pozdu. Orta xətdə balansı itirən “bayquşlar” üstünlüyü rəqibə verdi. İlk hissə həm oyun, həm hesab baxımından bərabərliklə yekunlaşdı.

İkinci 45 dəqiqə isə təmsilçimiz adına uğursuzluqla yadda qaldı. Müdafiədə səhvlər, rəqibin qolları komandanı “dağıtdı”. Eyden Makkartinin qırmızı vərəqə alaraq, “Bayquşlar”ı azlıqda qoyması isə qırılma nöqtəsi oldu. Dambrauskasın bu dəfəki əvəzetmələri də fayda vermədi. Oyunun sonlarına yaxın meydana çıxan Rəhman Daşdəmirov kobud səhvlə yadda qaldı.

Ümumiyyətlə, “Sabah” öyrəşdiyimiz səviyyədə oynaya bilmədi. Rəqibin öldürücü hücumları və süni örtüklü meydança “futuristlər”in tempi tənzimləməyinə imkan vermədi. Əvəzində ardıcıl qollar vuran “Vikinq” layiqli qələbə qazandı.

“Sabah” üçün turnirdəki hər oyun bir sınaqdır. Əsas məsələ məğlubiyyətlərdən dərs çıxarmaq, böyük turnirlər üçün hazır olmaqdır.

Təmsilçimiz 4 turdan sonra 3 xalla turnir cədvəlində 36 komanda arasında 31-ci sıradadır. “Vikinq” isə 4 xalla 22-ci pillədə qərarlaşıb.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑