Hindistanın Madxya-Pradeş ştatının Burhanpur şəhərində yaşayan altı yaşlı oğlan lotereyada avtomobil qazanıb.
"NDTV" telekanalına istinadən xəbər verir ki, cəmi 200 rupiyə (2.1 dollar) alınan lotereya bileti uşağa 5 milyon rupi (52.5 min dollar) dəyərində "Toyota Fortuner" markalı yolsuzluq avtomobili qazandırıb. Məlumata görə, Medanş Raykvarın adına olan uduşlu bileti bir il əvvəl onun nənəsi alıb. Telekanalın məlumatına əsasən, maddi vəziyyəti yaxşı olmayan uşağın valideynləri uzun müddətdir sadə bir avtomobil almaq arzusunda olublar və bu məqsədlə iki il ərzində pul toplayıblar.
Avtomobilin yeni sahibinə təqdim olunması mərasimi Burhanpur sakinləri üçün böyük hadisəyə çevrilib. Şəhər əhalisi bu münasibətlə əsl bayram şənliyi təşkil edib. Mərkəzi küçə boyunca nəfəs alətləri orkestrinin müşayiəti ilə kütləvi yürüş keçirilib, mahnılar oxunub və rəqslər edilib. ///oxu.az





