Dünya · Azxeber.com

“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır” xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərədək İrana qarşı hücumların dayandırıldığını bildirməsindən sonra ABŞ ordusunun mümkün hərbi əməliyyat variantlarını qiymətləndirdiyi bildirilir.
Bu barədə "The New York Times” (NYT) qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.   Məlumata görə, üç ABŞ təyyarədaşıyan gəmisi Yaxın Şərqə yola düşüb. Trampın göstərişi ilə hərbçilərin İranın pilotsuz uçuş aparatları və raket arsenalını, enerji obyektlərini, eləcə də, digər hərbi hədəfləri əhatə edən hücum planları üzərində işlədiyi iddia edilir.
Nəşrin məlumatına əsasən, mümkün hərbi əməliyyatların təxminən üç gün davam etməsi nəzərdə tutulur. Hücumların İran İnqilab Keşikçiləri Korpusunun komandanlıq mərkəzlərini və qərargahlarını da hədəfə ala biləcəyi bildirilir.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑