Dünya · Azxeber.com

ABŞ bu ölkəyə qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ bu ölkəyə qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır xəbəri üçün şəkil
ABŞ Maliyyə Nazirliyi Venesuelanı ölkənin investisiyalarına ciddi məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısından çıxarmaq niyyətindədir.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, nazirlik 2025-ci ilin dekabrından qüvvədə olan qaydalara dəyişiklik edilməsi ilə bağlı sərəncam layihəsi hazırlayıb.
Həmin qaydalara əsasən, ABŞ şirkətləri və qurumları yarımkeçiricilərin istehsalı, süni intellekt, superkompüterlər və hipersəs sistemlərinin hazırlanması da daxil olmaqla, bir sıra sahələrə investisiya yatırmaq üçün Vaşinqton administrasiyasından icazə almalıdırlar.
Hazırda bu məhdudiyyətlərin tətbiq olunduğu ölkələr arasında Rusiya, Venesuela, İran, Çin, Şimali Koreya və Kuba var.
Agentliyin bildirdiyinə görə, ABŞ Maliyyə Nazirliyi Venesuelanı siyahıdan çıxarmağı planlaşdırır.
Bu, ölkəyə qarşı qeyd olunan məhdudiyyətlərin böyük hissəsinin ləğvi demək olacaq.
Nazirlik sərəncam layihəsinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təklifləri dekabrın 7-dək nəzərdən keçirəcək.
///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑