Dünya · Axar.az

Rusiyanın "Filin" raketi: 800 km/saat sürət, 1200 km məsafə...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın "Filin" raketi: 800 km/saat sürət, 1200 km məsafə... xəbəri üçün şəkil

Rusiyanın “Filin” raketləri saatda 800 km sürətlə 1200 kilometrə qədər uça və "Şahid"dən daha güclü döyüş başlığı daşıya bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin müdafiə texnologiyalarının inkişafı üzrə müşaviri Sergey Beskrestnov deyib.

"Mən çoxdan proqnozlaşdırırdım ki, düşmənimiz gələcək üçün reaktiv mühərrikli "Şahid"lərə deyil, qanadlı raketlərə yatırım edir. Onlar daha sürətli, daha manevrli, aşağı hündürlüklərdə uça bilir və "Şahid"dən daha güclü döyüş başlığı daşıyır. Onlara dron daşıyıcıları lazım deyil. Bir çoxu helikopterlərdən və PUA-lardan buraxıla bilər. Ən əsası isə, onlar Rusiya komponentlərindən istehsal edilə bilər", - deyə o qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑