Dünya · Azxeber.com

Ər-Riyadda bir neçə partlayış baş verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ər-Riyadda bir neçə partlayış baş verib xəbəri üçün şəkil
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir neçə partlayış qeydə alınıb. Hadisə ilə əlaqədar yerli sakinlərə mobil tətbiqlər vasitəsilə təhlükə barədə xəbərdarlıqlar göndərilib.
Bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanının Nəcran şəhərində də həyəcan siqnalı elan edilib.
Bundan əvvəl "Reuters” agentliyi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya istinadən Yəmən husilərinin Ər-Riyadda istiqamətində buraxdığı ballistik raketin qarşısının alındığını və raketin məhv edildiyini bildirmişdi.
Oktyabrın 22-də Yəməndə fəaliyyət göstərən "Ənsar Allah” hərəkatının husiləri Ər-Riyadda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endirdiklərini açıqlayıblar. Onlar, həmçinin ölkənin qərbində yerləşən Yanbu şəhərində Səudiyyə Ərəbistanının "Saudi Aramco” neft şirkətinin infrastrukturunu hədəf aldıqlarını bildiriblər.
///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑