2026-cı ilin yanvar-sentyabr aylarında 110 135 nəfərə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təyin olunan sosial ödənişlər aylıq və birdəfəlik sosial müavinətlərlə yanaşı, təqaüdləri də əhatə edib.
Qeyd olunan dövrdə sosial müavinət və təqaüd təyin olunan şəxslərin 53,5 faizini kişilər, 46,5 faizini isə qadınlar təşkil edib.



