Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb.
Türkiyə KİV xəbər verir ki, tədbirlərin birində görüntülənən məşhur ulduz qərarını belə izah edib:
"Məni tanıyanlar onsuz da necə olduğumu bilir. Sadəcə belə istədim – darıxdım və bağladım. Bunun arxasında hansısa dramatik hekayələr axtarmayın. Əvəzində gedib kitab aldım və bol-bol mütaliə etdim”. ///qafqazinfo///





