Dünya · Azxeber.com

37 il edamını gözlədi, qərar ləğv olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
37 il edamını gözlədi, qərar ləğv olundu xəbəri üçün şəkil
ABŞ-də 37 ildir ölüm hökmünün icrasını gözləyən 74 yaşlı məhkumun edamı gözlənilmədən dayandırılıb.
Florida ştatında saxlanılan Uilyam Li Tompsonun edam qərarının icrası onun səhhəti ilə bağlı yaranan şübhələrə görə təxirə salınıb.
"New York Post” nəşrinin məlumatına görə, Tompson 1976-cı ildə Mayamidə 23 yaşlı Salli Ayvesterin xüsusi amansızlıqla qətlə yetirilməsində iştirak edib.
Həmin vaxt Tompson və Rokko Ceyms Suraçe adlı şəxs gənc qadınla tanış olaraq onu motelə aparıblar. Onlar qadına saatlarla işgəncə verib, cinsi zorakılığa məruz qoyub və ondan pul tələb ediblər.
Ağır xəsarətlər alan qadın həyatını itirib. Cinayətin qəddarlığı polis əməkdaşlarını belə dəhşətə gətirib. Hüquq-mühafizə orqanları hadisəni dairə tarixinin ən amansız cinayətlərindən biri kimi qiymətləndiriblər.
Cinayətdən sonra Suraçe 200 il müddətinə azadlıqdan məhrum edilib, Tompson isə ölüm cəzasına məhkum olunub.
Lakin Tompson barəsində çıxarılan hökm dəfələrlə ləğv edilərək yenidən qüvvəyə minib. O, 1989-cu ildən ölüm hökmünə məhkum edilmiş şəxslər üçün nəzərdə tutulan kamerada saxlanılıb. 1993-cü ildə isə ölüm hökmü qəti şəkildə təsdiqlənib.
Sentyabrın 11-də Florida qubernatoru Ron DeSantis məhkumun edam tarixini oktyabrın 13-nə təyin edib. Lakin oktyabrın 8-də qubernator heç bir səbəb göstərmədən edam haqqında sərəncamı geri götürüb.
Sonradan məlum olub ki, qərarın dayandırılmasına məhkumun psixi sağlamlığı ilə bağlı ciddi narahatlıqlar səbəb olub.
Həbsxana xəstəxanasının həkimləri Tompsonda ağır demensiya xəstəliyinin ola biləcəyindən şübhələniblər.
Məhkumu müayinə edən neyropsixoloqun sözlərinə görə, Tompson hazırda baş verənləri, hətta 50 il əvvəl törətdiyi cinayəti belə dərk etmək qabiliyyətində deyil.
Bundan sonra qubernator Ron DeSantis məhkumun psixi vəziyyətinin rəsmi qiymətləndirilməsi üçün psixiatrlardan ibarət xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
Komissiyanın rəyi əsasında ölüm hökmünün icrası ilə bağlı növbəti qərarın verilməsi gözlənilir.   ///lent.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑