Dünya · Trend.az

Zelenskinin özündənrazılığı Trampı özündən çıxarır - The Atlantic

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskinin özündənrazılığı Trampı özündən çıxarır - The Atlantic xəbəri üçün şəkil

Bakı. Trend:

Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması ilə bağlı çağırışlara məhəl qoymayan Volodimir Zelenskinin özündənrazılığı ABŞ Prezidenti Donald Trampı özündən çıxarır.

Bu barədə The Atlantic jurnalı Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

“Zelenski özündənrazı davranır və prezidenti özündən çıxarır”, – jurnal ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsinin sözlərini sitat gətirir. “Prezident ondan yalnız bir şey xahiş edir: neft emalı zavodlarına zərbələri dayandırmaq. Bunu ona ver”, – deyə The Atlantic nəşrinin həmsöhbəti əlavə edib.

Jurnal vurğulayır ki, Zelenski 2025-ci ilin fevralında Ağ Evdə Trampla yaşadığı mübahisədən sonra bir ildən çox müddət ərzində ABŞ lideri ilə münasibətləri bərpa etməyə çalışıb. Bu müddətdə Ukrayna rəsmiləri “Trampın Ukraynanın maraqlarına zərər vuracaq addımlar atmayacağına ümid edirdilər”. “Görünür, bu ümid getdikcə azalır”, – deyə The Atlantic qeyd edir və diqqəti Trampın “Zelenskini sülhə gedən yolda əsas maneə hesab etməkdə davam etdiyinə” yönəldir.

Oktyabrın 11-də Axios portalı Trampın Zelenskiyə qəzəbləndiyini və Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri dayandırmasını gözlədiyini bildirib. ABŞ Prezidenti oktyabrın 10-da bəyan edib ki, ölkəsi Zelenskidən Rusiya neft emalı zavodlarına zərbələr endirməməyi dəfələrlə tələb edib, lakin o, bu çağırışlara məhəl qoymayıb.

Oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə Tramp arasında telefon danışığı olub. Tərəflər söhbət zamanı, o cümlədən neft məhsullarının tədarükünü müzakirə ediblər. Rusiya liderinin sözlərinə görə, Moskva ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Vaşinqton administrasiyası 2027-ci il aprelin 7-dək Rusiya dizel yanacağının dünya bazarlarına tədarükünü ABŞ-nin sanksiyalarından azad edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑